5 və 6 cı siniflər



5 və 6-cı Siniflər Üçün Hazırlıq Kursları – Güclü Baza, Parlaq Gələcək!

Övladınızın təhsilində növbəti böyük addımı atmağın tam zamanıdır. 5 və 6-cı siniflər məktəb proqramının ən kritik dövrlərindən biridir. Məhz bu illərdə qoyulan düzgün və möhkəm bünövrə şagirdin gələcəkdə ali məktəbə hazırlıq mərhələsində heç bir çətinlik çəkmədən birbaşa yüksək nəticələrə imza atmasını təmin edir. Bu gün düzgün baza qurmaqla, sabahın uğurlu gələcəyini indidən yaradın!
Övladınız bu çətinliklərlə üzləşir?
Məktəb dərslərini tam anlamaqda çətinlik çəkir, baza bilikləri zəifdir, dərse qarşı diqqəti azalıb və ya gələcəkdə ali məktəbə hazırlıq prosesində çətinlik çəkəcəyindən narahatısınız? Unutmayın ki, dərsləri qaçırmaq gələcəyi qaçırmaq deməkdir. Bizimlə öyrənən hər bir şagird gələcəyin lideridir!Fənlər üzrə peşəkar hazırlıq proqramımız:
  • Azərbaycan Dili: Qrammatikanın dərindən mənimsənilməsi, mətn anlayışı, izahlı yazı və dilimizin incəliklərinin öyrədilməsi.
  • Riyaziyyat: Riyazi əməliyyatlar, məsələ həlli, məntiqli düşüncə tərzi və xüsusi test tapşırıqları ilə işləmək bacarığı.
  • İngilis Dili: Qrammatika, mütaliə və oxu dərsləri, zəngin lüğət ehtiyatının (vocabulary) artırılması və dinləmə (listening) qabiliyyətinin inkişafı.
  • Məntiq: Məntiqi təfəkkürün formalaşdırılması, analiz və sintez bacarıqları, şifahi və yazılı məntiqi testlərin həlli.
Tədris prosesimiz necə təşkil olunur?
Dərslərimiz həftədə 3 dəfə olmaqla, hər dərs 90 dəqiqə davam edir. Tədris sistemimiz mövcud mövzuların ətraflı izahı, əlavə test və tapşırıqların işlənilməsi, biliklərin möhkəmləndirilməsi üzərində qurulub. Bu sistem şagirdlərimizin məktəb dərslərinə tam dəstək verməklə yanaşı, əlavə testlərlə təməli daha da gücləndirir və yüksək nəticə qazanmağı təmin edir.Bizim xüsusi üstünlüklərimiz nədir?
  • Fərdi yanaşma: Hər bir şagirdə fərdi qaydada diqqət ayrılır, onların güclü və zəif tərəfləri müəyyən edilərək xüsusi proqram tətbiq olunur.
  • Kiçik qruplar: Keyfiyyətli və effektiv tədris mühitini qorumaq məqsədilə qruplarda maksimum 12 şagird yer alır.
  • Müntəzəm sınaq imtahanları: Hər ay şagirdlərin əldə etdiyi biliklər mütəmadi sınaqlarla yoxlanılır və onların inkişaf dinamikası yaxından izlənilir.
  • Güclü baza ilə nəticə artımı: Bu günün zəhməti, sabahın uğurudur. Övladınızın bilik bazasını gücləndirərək gələcək uğurlu addımlarına bizimlə birgə start verin.
Məqsədimiz övladlarımızın bilik bazasını maksimum dərəcədə gücləndirərək gələcək uğurlarına ən parlaq və ən güclü addımı atmaqda onlara dəstək olmaqdır! Güclü baza ilə uğura doğru ilk addımı bizimlə atın!

Ünvan: Gəncə şəhəri, M.A.Abbaszadə 69 (Kukla teatrının yanı)

Əlaqə nömrələri:
  • 055 201 56 86
  • 055 284 14 96
  • 055 749 49 86
  • 022 267 11 64
Məlumat: @mail mesaj yaz Akademiya Təhsil Mərkəzi Karyera Təhsil Mərkəzi Niloya Uşaq İnkişaf Mərkəzi online bilet sifarişı