
Mühasibatlıq sadəcə bir fənn yaxud nəzəri biliklərə əsaslanan dərs sistemi deyil, geniş bir peşəkar fəaliyyət sahəsidir.
Bu sahənin tədrisi ali məktəblərdə bir neçə semestr dövrünü əhatə etsə də, bu, kadr hazırlığı üçün kifayət etmir. Mühasibatlıqda iş praktikası mütləqdir. Bura əyani sənədlər, qanunlar, nizamnamələr, əmrlər, sərəncamlar və müasir dövrün ən son proqram təminatları daxildir. Professional mühasib olmaq üçün yalnız nəzəri biliklərlə kifayətlənmək sadəcə özünü aldatmaq olardı.
Mühasib uçotu düzgün qura bilməsi üçün nəzəriyyəni praktik sənədlər üzərində tətbiq etməyi mütləq bacarmalıdır. Bu isə kiminsə tərəfindən qısa zaman kəsiyində, sadəcə izah edilməklə öyrədiləsi bir proses deyil. Bunun üçün müəyyən zaman çərçivəsində, real kiçik sahibkarlıq subyektlərinin işi üzərində çalışmaq və praktik sənədlərlə təcrübə qazanmaq lazımdır.
Bəs təkcə mühasibat uçotunu və onun hesablar planını öyrənmək bu sahəyə tam bələd olmaq deməkdirmi? Əlbəttə ki xeyr. Mühasib olmaq başqa, mühasibatlığın nəzəriyyəsini öyrənmək isə tamamile başqadır. Professional mühasib olmaq üçün öncə Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununu, hesablar planını, müvafiq qayda və təlimatları mükəmməl bilmək şərtdir. Bununla yanaşı, Əmək Məcəlləsi, Vergi Məcəlləsi, Mülki Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi kimi fundamental hüquqi bazalara dərindən bələd olmaq çox vacibdir.
Əsas məqsəd bu qanunvericilik aktlarını öyrənmək, onların üzərində mühasibat uçotunu qurmaq və hesabatların haradan başlanaraq necə formalaşdırılacağını bilməkdir. Uçot hazır olduqdan sonra isə hesabat mərhələsi başlayır:
- Balansın hazırlanması
- Büdcə ilə hesablaşmaların tərtibi
- Maliyyə hesabatlarının hazırlanması
- Kassa kitabının işlənilməsi
- Bank çıxarışlarının analizi
- Debitor və kreditorlarla hesablaşmaların aparılması
- Gəlir və xərclərin bağlanılması
- Mənfəət və zərərin müəyyən edilməsi
Bütün bunları düzgün mənimsəmək üçün peşəkar bir mütəxəssisə ehtiyac var. Öyrədən şəxsin özünün praktiki olaraq mühasib işləməsi, hər hansı bir müəssisədə bu uçot və hesabat prosesləri ilə şəxsən qarşılaşması, biliklərini qarşı tərəfə ötürə bilməsi üçün ən mühüm şərtdir.
Siz də seçim edərkən və mühasib olmağa qərar verərkən mütləq bu qeyd olunan nüansları nəzərə alın.
Ünvan: Gəncə şəhəri, M.A.Abbaszadə 69 (Kukla teatrının yanı)
Əlaqə nömrələri:
- 055 201 56 86
- 055 284 14 96
- 055 749 49 86
- 022 267 11 64
