Web səhifəmizə xoş gəlmisiz!

         2009 – cu ildən fəaliyyətə başlamış Akademiya Kursları fəaliyyətinin ilkin günündən hər il müxtəlif sahələr üzrə yüksək nəticələr ilə Qərb bölgəsində ilk sıralarda duran təhsil mərkəzidir. Fəaliyyətimizə peşəkar sahələr magistr və dövlət qulluğu hazırlığı ilə başlanılmışdır. Kursumuz magistr hazırlığı və dövlət qulluğu üzrə Qərb bölgəsində məşğul olan ilk təhsil mərkəzidir. Bu sahə üzrə kursumuz tam ixtisaslaşmışdır. Bu səbəbdəndir ki, ilk ildən bu günə kimi daim yüksək nəticələr ilə fərqlənmişik. Magistr imtahanlarının birinci turu üzrə 89, 85, 84, 82 bal ilə ən yüksək nəticələr əldə etmişik. İkinci tur üzrə tələbələrimiz ixtisas sahələrində Azərbaycanın öndə gedən universitetlərinə qəbul olmuşlar. Dövlət qulluğu sahəsində 91 bal, 88 bal ilə müxtəlif dövlət orqanlarına yüksək nəticə ilə işə qəbul olunmuşlar. Bu orqanların sırasına Daxili İşlər Nazirliyini, Maliyyə Nazirliyini, Ədliyyə orqanlarını və İcra orqanlarını daxil etmək olar. Dərslərimiz tam fərqli metod və üslubda keçirilir.

        Magistr hazırlığıMəntiq, informatika, xarici dilinformatikanın praktikası üzrə keçirilən dərslərimizdə saysız dərsliklərdən istifadə olunur. Dərslər geniş izahlarla, aylıq çətin, düşündürücü sınaqlarla tədris olunur. Tədris olunan fənlərin hər biri ayrı-ayrı müəllimlər tərəfindən keçirilməsi və vəsaitlərin çoxluğunu dərsimizin keyfiyyətinin yüksək olmasına səbəb yaradır.

       Abituriyent hazırlığı – Fəaliyyətimizin digər sahələrindən biri də abituriyent hazırlığıdır ki, bu sahədə də yüksək nəticələrimiz var. Hər il 98, 99% nəticə ilə abituriyentlərin ali məktəb arzularına çatmalarına nail olmuşuq. Ödənişsiz ixtisaslar üzrə abituriyentlərimiz öndə gedən universitetlərə qəbul olublar. Abituriyent hazırlığına dərslər hər gün hər dərs 90 dəqiqə olmaqla 10 və 12 nəfərlik qruplarla yüksək standartlara cavab verən isti, səliqəli və əyani vəsaitlərlə tam zəngin tədris otaqlarında keçirilir. Dərs keçən müəllimlərin imtahanlarla qəbul edilməsi, TQDK-nın ən son proqramı ilə dərs metodunun qurulması yüksək nəticə əldə etməmizə tam imkan verir. Dərslərə ciddi nəzarət, vaxtlı-vaxtında davamiyyətin yoxlanılması, hər ay valideynlərin iclası, müəllimlərin təlimləri və gündəlik – valideynlərin övladlarının dərsləri barəsində xəbərdar edilməsi yüksək nəticəmizin səbəbidir. Tələbələrin xaricdə təhsil almaları üçün JSALES proqramı üzrə dərslər də təşkil olunur.

       Xarici dil danışıq kurslarımız – Bu sahədə deyə bilərəm ki, istənilən şəxsi ingilis, rus, alman və fransız dillərində danışmaları üçün xüsusi imkan yaradılmışdır. Yalnız bizdə dil kurslarımız ən son və müasir dərs vəsaitləri ilə, linqafonla təchiz olunmuş dərs otaqlarında tədris olunur. Hər dərs minimum 3 saat olmaqla həftədə 3 dəfə, yəni aylıq 36 saatdan 54 saatadək bir ay ərzində tədris olunur. Onun da əsas dərs olaraq 1 saat 20 dəqiqəsi linqafonlu dərs otaqlarında, 1 saat 20 dəqiqəsi isə kino və oxu zalında təşkil olunur. Kino və oxu zalında seçilmiş dil üzrə filmlər, bədii ədəbiyyatlar və digər kənar vəsaitlərdən istifadə olunur. Hər həftənin 6-cı günü isə pulsuz conversation club (dillər üzrə) təşkil edilir. Əsas dərsimizdə isə müasir və qısa müddətdə mükəmməl danışmaq üçün xarici dövlətin lazımi dərs proqramlarından istifadə olunur. Deyə bilərəm ki, Bütün dərslərə ciddi və məsuliyyətli yanaşmaqla təhsil alan şəxs 3 və 6 aya mükəmməl danışmaq imkanına malik ola bilər.

      Maliyyə və uçot üzrə mühasibatlıq kurslarımız – Bu sahə bir fənn deyil, bu sahə bir peşəkarlıq tələb edən sahədir. Təkcə nəzəri biliklərlə deyil, həm də praktik vəsaitlər, praktik sənədlər tələb edən sahədir. Bir mühasib işini gündən-günə yenilənən mühasibat proqramlarını və məcəllələri mükəmməl bilməlidir. Bizim kursda mühasibatlıq geniş, idarələrin mühasibat uçotu üzərində əyani vəsaitlərlə, praktik dərslərlə tədris olunur. İstər büdcə, istərsə də təsərrüfat hesablı müəsisələrin uçotunun qurulması öyrədilir. Bir mühasibin ay, rüb və illik verməli olduğu dövlət orqanları üzrə hesabatlar tələbələrimizə tam izahı ilə əyani formada öyrədilir. Dərslərlə yanaşı B1, B2, B3 Asandoq BTP və mühasibat uçotu 1S, ticarət anbardarı 1S və müxtəlif proqramlar da tədris olunur.

       Komputer kursları – Dövrümüzün ən vacib və daim ehtiyac duyulan bu sahəsi hər bir şəxsin həyatında vacib rol oynayır. Komputeri bilmək və onunla işləmək bacarığı, kompüter üzrə biliklər sadə və geniş ola bilər. İş sahəsində tətbiq edilməsi üçün, iş imkanlarına malik olmaq üçün komputer bilikləri istəyincə olmalı, istənilən proqram üzrə tətbiq etmək dəqiq olmalıdır. Kursumuzda bu sahəyə də diqqət böyükdür. Ən son proqramların tədrisi, professional proqramların tədrisi və iş üçün müraciət edənlərə praktika əsasında proqramların keçirilməsi isbatıdır ki, bu sahə bizim kursda geniş formada tədris olunur. Ofis proqramları, dizayn proqramları, inşaat və mühəndislik proqramları, maliyyə uçotu proqramları, montaj və qrafika proqramları tam zəmanətlə, peşəkarlıqla tədris olunur.

      Kursumuzda məktəbəqədər təhsil sistemi fəaliyyət göstərir. Bu sistemə 4 yaşından 7 yaşadək uşaqların təhsili daxildir. Uşaqlarda elmə, fənnə həvəs, fərdi işləmək potensialı, ailəyə, valideynə hörmət və vətənə sevgi kimi vərdişlər aşılanır. Ən əsası qısa zamanda oxumaq, hesablamaq, yazmaq və xarici dildə danışmaq öyrədilir. Nəticələrimizə misal olaraq 5 yaşında uşaqların qısa zamanda 10-12 ay ərzində səlis imla yazımları, lövhə qarşısında riyazi misalların asanlıqla öhdəsindən gəlmələrini göstərmək olar. Sürətli oxumaq və sürətli hesablamaq, zehnin inkişafı üçün xüsusi proqramlar təşkil olunub.

      İbtidai sinif hazırlıqları, 1ci sinifdən 4-cü sinifədək və yuxarı sinif hazırlığında 5-ci sinifdən 8-ci sinifədək uşaqların məktəb hazırlıqlarına kömək məqsədiylə dərslər təşkil olunur. Bu sahədə məqsədimiz uşaqların öz dərslərini heç kimin köməyi olmadan, öz imkanları çərçivəsində həll etmələri, öz potensiallarına inamlı olmaları və məktəb fənlərinə həvəs yaratmaqdır. Biz tələbələrimizi aylıq sınaqlarla yoxlayır və valideynləri övladları barədə məlumatlandırırıq. Sınaqlarımız asan olmur. Burada məqsədimiz uşaqlarımızın indidən özlərini hər bir çətinliyə alışdırmaq, sualların öhdəsindən daha asan gəlməsi üçün vərdişlər aşılamaqdır.

      Tibb kurslarımızda müxtəlif tibb sahələri üzrə əyani vəsaitlərlə, praktik məşğələlərlə, xəstəxanalarda təcrübə keçməklə tibbi biliklərə nail olmaq imkanı yaradılmışdır. İki illik təhsil proqramında tələbələrimiz tibbi biliklərlə yanaşı informatika və xarici dil dərslərində də iştirak edirlər. Tələbələrimiz praktik məşğələlər üçün xəstəxanalara təcrübəyə göndərilirlər. Tədris mərkəzimizdə mütəmadi olaraq müəllim və işçi heyətinin iclasları, təlimləri keçirilir. İclaslarda hər bir tələbənin təhsilindəki problemlərin, çətinliklərin üzərində müzakirələr aparılır. Və aradan qaldırılması üçün təkliflər irəli sürülür. Lazım olduğu halda rəhbərlik tərəfindən zəif tələbələrə əlavə dərslər salınması üçün göstərişlər verilir.

      Kursumuzda ciddi nəzarət və iş qaydalarının olması inkişafımızda xüsusi rol oynayır. Deyərdim ki, uğurumuzun səbəbi də elə budur. Müxtəlif zamanlarda kursumuzda həm işçi kollektivi, həm də tələbə ilə ekskursiyalar, gəzintilər və yarışlar keçirilir.

       Akademiya Kurslarının fərqli xüsusiyyətləri çoxdur. Onlar əlbəttə ki, sözlə yox əməllə göstərilməlidir. Adlarını çəkdiyimiz istənilən sahə üzrə yüksək nəticələr göstərməklə fəaliyyətimizin uğurlu nəticəsini isbat etmişik. Bizim tələbələrimiz təhsil aldıqları istənilən sahə üzrə istənilən iş müraciətlərində hər zaman müsbət nəticə əldə ediblər. Biz yalandan öncədən heç kimə iş imkanı ilə vəd vermirik. Məzunlarımızın iş həyatındakı uğurları realdır. Bütün tələbələrə gələcək həyatında uğurlar arzulayırıq. Məqsədimiz və ümidimiz onların yüksək nəticələrlə uğurlara imza atmalarıdır. Bu sahədə Akademiya Kursları olaraq əlimizdən gələni edəcəyik. Daim bütün çətinliklərdə onların yanında olacağıq. Təhsilimizn məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır.

                                  Ümidvaram ki, WEB - saytda kursumuz barədə əldə etdiyiniz məlumatlar faydalı olacaqdır!