İMTAHAN NƏZARƏTÇİSİ

KOMANDAMIZA QOŞUL - İMTAHAN NƏZARƏTÇİSİ

Gələcəyin bir parçası ol! Akademiya Təhsil Mərkəzi Gəncə şəhərində fəaliyyət göstərən mərkəzimiz üçün məsuliyyətli imtahan nəzarətçiləri axtarır.

Axtardığımız komanda üzvü necə olmalıdır?
  • Nəzarətçilər yalnız tələbələr arasından seçilir.
  • Bu işə sadəcə boş vaxt keçirmək və ya "bir imtahana gəlim, digərinə baxaram" düşüncəsi ilə yanaşanlar müraciət etməməlidir.
  • Biz hər imtahanı öncəlik dərəcəsinə qoyan, şəxsi işlərindən asılı olmayaraq intizamlı və davamlı iştirak edə biləcək namizədlər axtarırıq.
  • Gəncə şəhəri və yaxın ərazilərdə yaşayanlar müraciət edə bilər.
  • İmtahanlar həftənin şənbə və bazar günləri təşkil olunur.
  • Namizədlərdən yüksək məsuliyyət, ciddilik, nizam-intizam və şagirdlərlə düzgün ünsiyyət qurma bacarığı tələb olunur.
Müraciət prosesi necə baş verir?

Bizə qoşulmaq istəyən tələbələr zəng vuraraq və ya mesaj yazaraq məlumat almağa çalışmamalıdır. İşə yanaşmadakı ciddiliyinizi göstərmək üçün mütləq kursumuza yaxınlaşmalı və yerində qeydiyyatdan keçməlisiniz. Telefonla və ya sosial şəbəkə üzərindən müraciətlər nəzərə alınmayacaqdır.

Mərhələlər:

Qeydiyyatdan keçən namizədlər üçün ilk öncə seminar təşkil olunur və xüsusi təlim keçirilir. İşin qaydaları öyrədilir və yalnız təlimi uğurla başa vuran, meyarlara uyğun gələn intizamlı namizədlər davamlı olaraq komandamızın üzvü seçilir.

Son müraciət tarixi:
30 sentyabr qeydiyyatın son günüdür. Yerlərimiz məhduddur, tələsin!

Ünvan:
Gəncə şəhəri, M.A. Abbaszadə 69 (Kukla teatrının yanı)


Əlaqə telefonları:
(055) 201 56 86
(055) 284 14 96
(055) 749 49 86
(022) 267 11 64