Dərslər Rus və Azərbaycan bölməsi olmaqla
I, II, III, IV və V qruplar üzrə tədris olunur.
TQDK-nın tədris proqramı əsasında aparılan dərslər
peşəkar müəllim və ekspertlər tərəfindən tədris olunur...
Tədris sistemi:
Həftənin 6 günü dərs...
Hər dərs 90 dəqiqə...
Keçirilmiş mövzular üzrə hər həftə kuiz yoxlamalar...
Hər ay pulsuz sınaq imtahanları...
Qeyd* Sınaq imtahanlarımız çətinliyi və tam TQDK proqramına əsaslanmış formada olması ilə seçilir...
Hər fənn üzrə qrupda şagird sayı 10-12 nəfər...
Gündəlik qiymətləndirmə...
Dərs barədə aylıq hesabat...
Seçim imkanları:
Şagird həm qrup üzrə bütün fənnlərdən , həmçinin ayrı-ayrı fənn seçimi etməklə hazırlaşmaq imkanı verilir... Qrup üzrə fənnlərin hammısından hazırlaşanlara təhsil haqqında endirimlər edilir və əlavə güzəşt əldə etmələri üçün, Qəbul İmtahanları təşkil edilir...
Qruplaşdırma sistemi:
Şagirdlərin Qəbul imtahanlarında və Sınaq imtahanlarında topladıqları ballar əsasında güclü və zəif tələbələr bir qruplaşdırılır. Bu qruplaşdırma zamanı şagirdin 10 –cü sinif və ya 11-ci sinif olması nəzərə alınmır.Şagirdin bilik və bacarıqlarının üstün olması sayəsində Sentyabr ayından başlayan dərslər İyun ayına yekunlaşdırılır və dərslərə başdan başlamaqla təkrar keçirilir və təkrarda da mövzular bir daha başdan sonadək yekunlaşdırlır...
Üstün cəhət kimi sayırıq ki, əgər şagird 10- cu sinifdirsə ( bilik və bacarıqları üstün olan 9-cu siniflərə aid olmaqla ) bu halda oxuduğu sinifindən aslı olmayaraq qruplaşdırma zamanı İyun ayının sonları ümumi 11-illik proqramını tədrisə aid bütün sual kitabçalarını, test toplularını işləməklə (hər fənnin təməlindən başlayaraq 11-ci sinifin sonuna qədər ) tam yekunlaşdırmış olur və yenidən təkrara başlayıb birdaha təkrarıda imtahanlara qədər yekunlaşdırmış olur.Növbəti il 11 ci sinif olan şagird yenidən bilik və bacarığına görə bir qruplaşdırılaraq hər fənnin təməlindən( ilkin dərslərdən ) başlayaraq İyun ayının sonunadək proqramı bir daha yekunlaşdırır və yenidən təkrara daxil olur və təkrarıda yekunlaşdırmış olur. Buda 10-cu sinif şagirdi üçün hazırlaşdığı iki illik müddət ərzində iki dəfə proqramı yekunlaşdırmaq və iki dəfə təkrar eləmək ( 9-cu sinif şagirdi üçün isə 3 dəfə proqramı yekunlaşdırmaq və təkrarı yekunlaşdırmaq ) imkanı verir ki, dövlət imtahanında nəticəsinin yüksək olmasına əminlik yaradır.
Qeyd* Qavrayışı zəif, bilik və bacarıqları güclü olmayan şagirdlərdə bu sistem xüsusi keyfiyyət və üstün imkan yaradır ki dövlət imtahanına nəticə əldə edir. Nəzərə alsaq ki yaddaşı zəif tələbə oxuduqlarını bir müddət unudursa, təkrarsız, əlavəsiz və proqramı yekunlaşdırmadan növbəti il davamını keçməklə keçən il tədris olunan dərsləri unutmuş olar və buda nəticə göstərməsinə imkan verməz, lakin bizim qurduğumuz sistem sinfindən aslı olmayaraq İyun ayının sonuna proqramı yekunlaşdırmaq və təkrara daxil olub təkrarıda yekunlaşdırmaqla dövlət imtahanında qənaət bəxş edən nəticə göstərməsinə imkan yaradır...
Davamiyyət və nəzarət sistemi:
Valideynlərin övladlarının dərslərinə nəzarət edə bilmələri üçün ciddi nizam-intizam qaydası tətbiq edilir...Dəsr davamiyyəti müntəzəm yoxlanılır və valideynlər xəbərdar olunur...Şagirdlərin hər gün dərsə hazırlıq səviyyəsini , dəsrdə davranışı və dərsdə aktiv iştirakını bilmək üçün Gündəlik Nəzarət sistemi tətbiq edilir ki ,bu da valideynlərin övladları barədə məlumatlı olmaları üçün imkan yaradır. Gündəlik Nəzarət kitabçasında Hazırlıq, Cavab və Diqqət bölmələrində şagirdlərin gündəlik dərsləri barədə faiz ilə qeydlər aparılır, hər şənbə günü valideyn tərəfindən imzalanmaqla şagird barədə valideynin həftəlik məlumatlandırılması təmin edilir...
İclaslar :
Hər ay valideyn iclası...
Tələbələrin iclası ( ümumi və qrup halında )
Qeyd* İclasda şagirdlərin müsbət və mənfi cəhətləri müzakirə edilir və müəyyən qərarlar qəbul edilir...
Valideyn iclasında - övladlarının aylıq tədris müddətində oxumaları, potensial gücləri, irəliləmələri və ya geriləmələri haqqında yazılı olaraq hər fənn üzrə ayrılıqda iki nüsxə olmaqla hesabat hazırlanır və bir nüsxə valideynlərə verilir...
Şagirdlərin iclasında - problemlər müzakirə edilir və şagirdlərin istəkləri nəzərə alınmaqla tədrisin keyfiyyətinin artırılması, zəiflikləri və çətinlik çəkdikləri bölmələri aradan qaldırmaqları üçün əlavə dərslər təşkil edilir və bu dərslər üçün heç bir əlavə ödəniş tələb edilmir...
Nəticə:
Tələbənin gündəlik dərsinə nəzarət sistemi ilə, həftəlik keçirilmiş kuiz yoxlamalar və hər ay keçirilmiş sınaq imtahanları ilə tələbənin il sonu dövlət imtahanında nəticəsinə düzgün qərar verməyə imkan yaradır. Kursumuzda ay sonu keçirilən sınaqlar tam proqramı əhatə etməsi, əlavətən çətin və şablon olmayan yeni tip suallar olması şagirdin gələcək nəticəsinin zəmanət içərisində olmasına əsasdır. Nəzərə almalıyıq ki, şagirdin dərsləri yaxşı qavramasından əlavə güclü yaddaşa malik olması və məntiqi təfəkkürün formalaşması dərsin keyfiyyətini və nətəcinin yüksək olmasında böyük rol oynayır.
Biz tədrisimizə və keyfiyyətimizə zəmanət veririk....